Today Çərşənbə, 30th İyul 2025
Birinci 24

Birinci 24

DTX imtahan şəbəkəsini ifşa etdi – Saxlanılanlar var

DTX imtahan şəbəkəsini ifşa etdi – Saxlanılanlar var

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ali məktəblərə qəbul imtahanlarında saxtakarlıq halları ilə bağlı əməliyyat tədbirləri həyata keçirib. Dövlət İmtahan Mərkəzinin (DİM) müraciəti əsasında aparılan əməliyyat nəticəsində imtahan zamanı gizli texniki vasitələrdən istifadə edən şəbəkə ifşa olunub və bir neçə nəfər saxlanılıb.

Araşdırmalar zamanı bəlli olub ki, saxta nəticə əldə etmək məqsədilə bəzi abituriyentlər mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil və Mi-Fi router kimi xüsusi avadanlıqlarla təmin ediliblər. Bu vasitələr vasitəsilə onlara kənardan yardım göstərilib.

DTX tərəfindən başlanılmış cinayət işi çərçivəsində qeyd olunan şəxslər barəsində müvafiq hüquqi tədbirlər görülüb. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında məsələ ilə bağlı məlumat paylaşaraq bildirib ki, artıq bəzi abituriyentlərin imtahan nəticələri ləğv olunub.

Hadisə ictimaiyyət arasında ciddi narahatlıq doğurub və qəbul imtahanlarının şəffaflığını qorumaq üçün nəzarət mexanizmlərinin daha da gücləndirilməsinin vacibliyini gündəmə gətirib. Hazırda istintaq davam edir.

Editor

Related Posts