Today Bazar ertəsi, 4th Avqust 2025
Birinci 24

Birinci 24

Şahin Şıxlinski qiyabi həbs edildi

Şahin Şıxlinski qiyabi həbs edildi

Moskvanın Basmannı Məhkəməsi Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinskini qiyabi həbs edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə E1.ru portalı məlumat yayıb.

“Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Moskvanın Basmannı məhkəməsi tərəfindən qiyabi həbs edilib”, – məlumatda deyilir.

Nəşr bildirir ki, bu, onun axtarışa verilməsindən sonra baş verib. Şıxlinski bir müddət Azərbaycanın Moskvadakı səfirliyinin Rusiya təhlükəsizlik qüvvələrinin girişinə qadağa qoyulan ərazisində olub. Danışıqlardan sonra o, hakimiyyət orqanlarına təslim olub və avqustun 2-də Yekaterinburqa aparılıb. Orada istintaq hərəkətlərində iştirak edib və istintaq təcridxanasına yerləşdirilib.

Editor

Related Posts