Today Bazar ertəsi, 4th Avqust 2025
Birinci 24

Birinci 24

İran XİN: “Azərbaycan həbsxanalarındakı vətəndaşlarımıza olan rəftarla bağlı Bakıya notalar göndərmişik”

İran XİN: “Azərbaycan həbsxanalarındakı vətəndaşlarımıza olan rəftarla bağlı Bakıya notalar göndərmişik”

İran Azərbaycan Respublikasına etiraz notası verib.

Bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi media mənsubları ilə keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü bunu Azərbaycan Respublikasında həbsdə olan İran vətəndaşlarına qarşı edilən rəftara cavab olaraq bildirib:

“Bu, vacib bir məsələdir. Azərbaycan Respublikasının həbsxanalarında saxlanılan vətəndaşlarımıza qarşı pis rəftar edilməsi ilə bağlı məlumatlar almışıq. Biz etiraz və narahatlığımızı əks etdirən çoxsaylı rəsmi notaları Bakıya göndərmişik. İnsan hüquqları üzrə öhdəliklərlə uyğun münasibət sərgilənməsi bizim haqqımız olan bir gözləntidir. Bu mövzuya dair Konsulluq Hüquqları Konvensiyası tam şəkildə aydındır. Bizim Azərbaycanla məhkumların qarşılıqlı təhvil verilməsi üzrə razılaşmamız var və bu məsələ Xarici İşlər Nazirliyinin gündəmindədir”, – Bəqayi belə deyib.

Editor

Related Posts