Today Çərşənbə, 6th Avqust 2025
Birinci 24

Birinci 24

Qaqauz muxtariyyətinin rəhbərinə 7 il iş verildi

Qaqauz muxtariyyətinin rəhbərinə 7 il iş verildi

Kişinyov məhkəməsi Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulu müxalif “Şor” partiyasının maliyyələşdirilməsində qanun pozuntusuna yol verməkdə ittiham edərək 7 il müddətinə azadlıqdan məhrum edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə TASS agentliyinə siyasətçinin vəkili Natalya Bayram bildirib.

Məhkəmənin hökmünü icra etmək üçün Qutsul mühafizə altında məhkəmə zalından birbaşa həbsxanaya aparılıb.

Vəkilin sözlərinə görə, hakim hökm elan edildikdən dərhal sonra onun icrasında təkid edib.

Qutsul cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək.

Editor

Related Posts