Today Çərşənbə, 6th Avqust 2025
Birinci 24

Birinci 24

Regionda ən bahalı mobil internet Azərbaycandadır – Siyahı

Regionda ən bahalı mobil internet Azərbaycandadır – Siyahı

Uzun müddətdir ki, Azərbaycanda mobil internetin qiymətləri sosial şəbəkələrdə və mətbuatda ictimai müzakirələrə səbəb olur.

Birinci24 informasiya agentliyi xəbər verir ki, müzakirələr zamanı istifadəçilərin əksəriyyəti yüksək tariflərdən narazılıq edirlər.

Mobil internetin müasir dövrdə insanların gündəlik ehtiyaclarından birinə çevrildiyini nəzərə alaraq Azərbaycanda və region ölkələrində mobil internet tariflərinin nə qədər olduğunu araşdırdıq.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən mobil operatorların (“Azercell”, “Bakcell” və “Azerfon”) internet tarifləri arasında ciddi qiymət fərqi müşahidə olunmur. Operatorlar mobil intenetlə bərabər bəzi əlavə xidmətlər, məsələn, pulsuz danışıq, sosial şəbəkələrdən ödənişsiz istifadə və s. bu kimi xidmətlər təqdim edərək rəqib operatordan fərqlənməyə çalışırlar. Lakin, təqdim edilən əlavə xidmətlər və şərtləri nəzərə almasaq, mobil internet tarifləri arasında fərq yoxdur. Azərbaycanda hər 3 mobil operator 6 GB-lıq internet üçün ayda 12 manat (7,1 dollar) ödəniş tələb edirlər.

Müqayisə üçün bildirək ki, Azərbaycanda fəaliyyət göstərən mobil operatorların qiymətləri region ölkələiri ilə müqayisədə yüksəkdir. Regionda mobil internet tariflərinin ən aşağı olduğu ölkə Ermənistan hesab edilir. Ermənistanın “VIVA-MTS” operatoru 10 GB-lıq interneti 1 000 drama (2,6 dollara) təqdim edir.  

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların (“Azercell”, “Bakcell” və “Azerfon”) və region ölkələrindəki aparıcı mobil operatorların təqdim etdiyi tariflər aşağdakı kimidir:

Editor

Related Posts