Today Çərşənbə, 6th Avqust 2025
Birinci 24

Birinci 24

Qəzzada aclıq qurbanlarının sayı 193 nəfərə çatdı – 96-sı uşaqdır

Qəzzada aclıq qurbanlarının sayı 193 nəfərə çatdı – 96-sı uşaqdır

Qəzzadakı ərzaq böhranı fonunda qida çatışmazlığından ölənlərin sayı 96-sı uşaq olmaqla 193-ə çatıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Qəzza zolağında xəstəxanalar son 24 saat ərzində aclıq və qida çatışmazlığından 5 ölüm faktını qeydə alıb. Onlardan biri uşaqdır. Bununla da aclıqdan ölənlərin sayı 193-ə çatıb ki, onlardan 96-sı uşaqdır”, – məlumatda deyilir.

Qəzza zolağı rəsmilərinin son məlumatlarına görə, İsrail fələstinlilərə əhalinin ehtiyaclarının təxminən 14%-ni əhatə edən humanitar yardımın çatdırılmasını qismən bərpa etdikdən sonra iyulun 27-dən etibarən 769 yük maşınının yarımeklav ərazisinə daxil olmasına icazə verib. Qəzza zolağı administrasiyası iddia edir ki, yük maşınlarının əksəriyyəti İsrail hərbçilərinin razılığı ilə talan edilir.

Editor

Related Posts