Today Cümə axşamı, 7th Avqust 2025
Birinci 24

Birinci 24

AÇG yatağında neft hasilatı yenə azalıb – Son 14 ilin göstəriciləri

AÇG yatağında neft hasilatı yenə azalıb – Son 14 ilin göstəriciləri

Bu ilin ilk yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında ümumilikdə 59 milyon barel (8 milyon ton) və ya gündə orta hesabla 327 min barel neft hasil edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkəti məlumat yayıb.

Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 3,3% və ya 2 milyon barel az olub. 13 il əvvəl – 2012-ci ilin eyni dövrü ilə müqayisədə isə hasilat 2,1 dəfə aşağı düşüb.

2025-cü ilin ilk yarısında AÇG-də ümumilikdə 143 neft hasilat quyusu və 56 qaz və su injektor quyusu istismarda olub.

Son 14 ildə AÇG yatağında neft hasilatı belə olub:

2012-ci ilin ilk yarısı – 124,5 milyon barel;
2013-cü ilin ilk yarısı – 122 milyon barel;
2014-cü ilin ilk yarısı – 118,8 milyon barel;
2015-ci ilin ilk yarısı – 116 milyon barel;
2016-cı ilin ilk yarısı – 119 milyon barel;
2017-ci ilin ilk yarısı – 106 milyon barel;
2018-ci ilin ilk yarısı – 108 milyon barel;
2019-cu ilin ilk yarısı – 98 milyon barel;
2020-ci ilin ilk yarısı – 91 milyon barel;
2021-ci ilin ilk yarısı – 85 milyon barel;
2022-ci ilin ilk yarısı – 77 milyon barel;
2023-cü ilin ilk yarısı – 68 milyon barel;
2024-cü ilin ilk yarısı – 61 milyon barel;
2025-ci ilin ilk yarısı –  59 milyon barel.

Editor

Related Posts