Today Bazar ertəsi, 18th Avqust 2025
Birinci 24

Birinci 24

Azərbaycan iyulda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Azərbaycan iyulda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Bu ilin iyul ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (82,58 MB/S) görə iyun ayına nisbətən 2 pillə irəliləyərək 153 ölkə arasında 81-ci olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bir il əvvəlki göstərici (40,65 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (386,96 MB/S), axırıncı yeri isə Suriya (3,29 MB/S) tutub.

Azərbaycan iyulda mobil internetin sürətinə görə isə iyun ayına nisbətən 1 pillə geriləyərək 74,76 MB/S sürətlə 104 ölkə arasında 56-cı olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (584,97 MB/S), sonuncu yeri isə Boliviya (14,7 MB/S) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 198 şəhər arasında 83,27 MB/S sürətlə 112-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (353,22 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,73 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 4 pillə irəliləyərək 93,16 MB/S sürətlə 148 şəhər arasında 83-cü olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (Qətər) (581,31 MB/S), sonuncu yeri La Paz (Boliviya) (11,12 MB/S) tutub.

Editor

Related Posts