Today Bazar ertəsi, 18th Avqust 2025
Birinci 24

Birinci 24

Sürücülər: “İran gömrükdə gözləmə vaxtını süni şəkildə uzadır” 

Sürücülər: “İran gömrükdə gözləmə vaxtını süni şəkildə uzadır” 

Azərbaycanlı və türkiyəli yük maşını sürücüləri İran gömrükçüləri tərəfindən süni şəkildə xeyli gözlədildiklərini deyirlər. 

Birinci24 informasiya agentliyinin məlumatına görə, dlarını açıqlamadan “Gündəlik Naxçıvan” səhifəsinə danışan sürücülər bildirib ki, əvvəllər Biləsuvar gömrük keçidindən Azərbaycana keçmək 2-3 gün çəkirdisə, indi onlar 4-5 gün gözləyirlər. 

TIR sürücüləri əvvəlki açıqlamalarında bildirmişdi ki, İran gömrükçüləri onlara bunun avqustun 8-də Vaşinqtonda razılaşdırılan “Tramp marşrutu” ilə bağlı olduğunu deyib. Sürücülər iddia edib ki, onlara gözləmək istəmədikləri təqdirdə, kinayə ilə “Tramp marşrutu”ndan istifadə məsləhət görülüb. 

Buna baxmayaraq, sürücülər əvvəlki şəraitsizliyi aradan qaldırmaq üçün müəyyən tədbirlər görüldüyünü də qeyd edib. 

Onlar ərazidəki yeməkxana və sanitar qovşağın işlək hala salındığını və təmizlik aparıldığını vurğulayıblar. 

“Gördülər ki, Azərbaycan vətəndaşları bizə olan münasibətə necə necə kəskin reaksiya verirlər. Yüngülvari əl gəzdirib, tez öz televiziyalarından çəkiliş göndərdilər. Gəlib, özlərinə sərf edən görüntüləri çəkib, getdilər. İndi yeməkxana işləyir, ancaq çox bahadır. 2-3 qat qiymətə satırlar. Bundan əlavə, gömrük boş olmasına baxmayaraq, bizim gözlədilmə müddətimiz də artırılıb. Əslində, bu gözlədilməyə heç ehtiyac yoxdur. Qəsdən edirlər. Məqsədləri Naxçıvanı blokadadan çıxmağa qoymamaqdır. Bizə əziyyət verməklə də sülh bəyannaməsinin acığını çıxırlar”, – sürücülər deyib. 

Avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan arasında razılaşdırılan “Tramp marşrutu” Azərbaycanı Ermənistan üzərindən Naxçıvana birləşdirməyi nəzərdə tutur.

Editor

Related Posts