Today Bazar ertəsi, 18th Avqust 2025
Birinci 24

Birinci 24

DİN həmin turistlərlə bağlı məlumat yaydı – Yenilənib

DİN həmin turistlərlə bağlı məlumat yaydı – Yenilənib

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

“Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”, – məlumatda deyilir.

***09:22
Bakıda ərəb olduqları bildirilən bir neçə şəxs Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər edib, həmçinin bunu əks etdirən kadrları lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.

Birinci24 informasiya agentliyi xəbər verir ki, görüntülər istifadəçilərin narazılığına və tənqidlərə səbəb olub.

Daha sonra isə sosial şəbəkələrdə sözügedən şəxslərin saxlanılmasını əks etdirən kadrlar yayılıb.

Editor

Related Posts