Today Bazar ertəsi, 18th Avqust 2025
Birinci 24

Birinci 24

“Azərişıq”ın qaynar xəttində 35 dəqiqə gözlədim, zəngə cavab vermədilər”

“Azərişıq”ın qaynar xəttində 35 dəqiqə gözlədim, zəngə cavab vermədilər”

Qaradağ rayonu Müşfiqabad qəsəbəsi sakini Tural Rəsulzadə iddia edir ki, “Azərişıq” ASC-nin qaynar xəttində 35 dəqiqə gözləsə də, zənginə cavab verilməyib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Yeniavaz.com-a müraciət edən T. Rəsulzadə bildirir ki, avqustun 16-da elektrik enerjisinin kəsilməsi ilə əlaqədar 199-la əlaqə saxlayıb.

“Məni 34 dəqiqə 53 saniyə xətdə gözlədib sonra da cavab vermədən zəngi başa çatdırdılar. Birinci xətdə 16-cı idim, 23 dəqiqə gözlədikdən sonra 1-ci oldum. 10 dəqiqə “operatora bağlayırıq” dedikdən sonra zəngi açmadan söndürdülər”, – qəsəbə sakini deyir.

Məsələ ilə bağlı “Azərişıq” ASC-yə ünvanladığımız sorğu cavabsız qalıb.

Editor

Related Posts