Today Bazar ertəsi, 18th Avqust 2025
Birinci 24

Birinci 24

“Bravo” qaydaları ən çox pozan marketdir – 7 dəfə protokol yazılıb

“Bravo” qaydaları ən çox pozan marketdir – 7 dəfə protokol yazılıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinin – “Bravo” supermarketlərinin sahibi olan “Azərbaycan Supermarket” MMC (VÖEN – 1403051411) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protkol tərtib edib.

Birinci24 informasiya agentliyi Agentlikdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Azərbaycan Supermarket” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.

Belə ki, “Bravo”da qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıblar.

Məlumat üçün bildirək ki, “Azərbaycan Supermarket” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb.

Onu da qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu il sayca 7-ci dəfədir ki, “Azərbaycan Supermarket” MMC barəsində protokol tərtib edir. Bu ilin əvvəlindən ötən dövr ərzində heç bir supermarket haqqında bu sayda protokol tərtib edilməyib.

Editor

Related Posts