Today Bazar ertəsi, 18th Avqust 2025
Birinci 24

Birinci 24

Rəqsanə İsmayılova həbsindən apellyasiya şikayəti verib

Rəqsanə İsmayılova həbsindən apellyasiya şikayəti verib

Bir neçə gün əvvəl dələduzluq ittihamı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən müğənni Rəqsanə İsmayılova məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Bu barədə məlumatı müğənninin vəkili Hikmət Əliyev verib.

Vəkil deyir ki, Rəqsanə İsmayılovanın azadlıqda olması cəmiyyət üçün təhlükə yaratmır və istintaqın gedişinə heç bir maneə törətmir. 

“Rəqsanə İsmayılova özünü təqsirli bilmir. Əgər hər hansısa bir şikayət varsa, onun araşdırılması başa düşüləndir. Lakin bu araşdırmanın müğənninin azadlıqda olarkən aparılması daha ədalətlidir” – deyə vəkil Hikmət Əliyev bildirib.

Qərardan verilmiş şikayətə 2 gün ərzində Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkələrdə dəfələrlə Xəzər Rayonunun Polis İdarəsinin rəisi Əli İbrahimovla arasında yaşadığı ev mübahisəsinə görə daxili işlər nazirinə müraciət etmişdi. Sosial mediada onun həbsinə səbəb kimi polis rəisi ilə yaşadığı münaqişə göstərilir. 

Müğəninin həyat yoldaşı Fazil Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edərək onun və övladlarının təhlükəsizliklərinin təmin edilməsini istəyib.

“Mən bir Rusiya vətəndaşı olaraq, Rusiya səfirliyindən kömək istəyirəm. Mənim və övladlarımın təhlükəsizliyini təmin etsinlər. Ölkəmə geri göndərsinlər. Mən Rusiya vətəndaşıyam, burada əlimdən heç nə gəlmir” – deyə Fazil Mustafayev sosial media statusunda bildirib.

Editor

Related Posts