Today Bazar ertəsi, 18th Avqust 2025
Birinci 24

Birinci 24

DGK: Azərbaycan bu il 19 ölkəyə 14 mln. tondan çox neft ixrac edib

DGK: Azərbaycan bu il 19 ölkəyə 14 mln. tondan çox neft ixrac edib

Bu ilin ilk 7 ayında Azərbaycan İtaliyaya 4,42 milyard dollar dəyərində 8,43 milyon ton neft ixrac edib. 

Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb. 

Hesabat dövründə bu ölkəyə 547 milyon dollar dəyərində 1,02 milyon  ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. 2025-ci ilin yanvar-iyul aylarında bu ölkəyə 450 milyon dollar dəyərində 827 min ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilər hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatları əhatə edir.

Siyahıdan göründüyü kimi, hesabat dövründə 19 ölkəyə ümumilikdə 7,66 milyard dollar dəyərində 14,47 milyon ton neft ixrac edib.

Hesabat dövründə neft ixrac edilən digər ölkələrin siyahısı aşağıdakı kimidir:

Editor

Related Posts