Today Bazar ertəsi, 18th Avqust 2025
Birinci 24

Birinci 24

Şəhidlər xiyabanında rüsvayçılıq edən əcnəbilər həbs edildi 

Şəhidlər xiyabanında rüsvayçılıq edən əcnəbilər həbs edildi 

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan 3 nəfər əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.

Birinci24 informasiya agentliyi “Report”a istinadən bildirir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onlar 3 ay müddətə həbs olunublar.

Qeyd edək ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

ec 2
ec 3

Editor

Related Posts