Today Çərşənbə axşamı, 19th Avqust 2025
Birinci 24

Birinci 24

Həmas Qəzzada atəşkəs və girovların azad edilməsi təklifini qəbul edib

Həmas Qəzzada atəşkəs və girovların azad edilməsi təklifini qəbul edib

Hamas rəsmiləri Qəzzada müharibənin dayandırılması üçün yeni atəşkəs təklifini qəbul etdiklərini açıqlayıblar. Təklif 60 günlük hərbi əməliyyatların dayandırılmasını və girovların mübadiləsini nəzərdə tutur.

Razılaşma baş tutarsa, hazırda Qəzzada saxlanılan təxminən 20 israilli girovun yarısı azad ediləcək.

“Guardian” yazır ki, məsələ ilə bağlı danışıqlar son günlər Misir və Qətər vasitəçiliyi ilə Qahirədə aparılır. Misir mənbələrinə görə, bu addım müharibəyə son qoyacaq hərtərəfli sazişə aparan yol kimi qiymətləndirilə bilər.

Son dövrdə baş nazir Benyamin Netanyahu hökumətinin girovların azad edilməsi ilə bağlı uğursuz siyasəti İsraildə kütləvi etirazlara səbəb olub.

Bazar günü ölkə üzrə keçirilən aksiyalarda 400 mindən çox insan iştirak edib. Etirazçılar girovların azad olunması üçün dərhal saziş bağlanmasını tələb ediblər.

Netanyahu nümayişləri kəskin tənqid edərək, etirazçıları Həmasa “mənəvi dəstək verməkdə” günahlandırıb.

Avqustun əvvəlində İsrail hökuməti Qəzzaya tam nəzarətin təmin olunmasına qərar vermişdi. Təhlükəsizlik rəsmiləri isə xəbərdarlıq edirdilər ki, bu, girovların həyatını təhlükəyə ata bilər və təxminən 1 milyon fələstinlinin köçkün düşməsi ilə nəticələnə bilər.

Qəzza səhiyyə rəsmilərinin məlumatına görə, 22 ay davam edən müharibə nəticəsində 62 min fələstinli həyatını itirib. Hazırda İsrail hökuməti aclığın dərinləşməsi və soyqırımı iddialarına görə beynəlxalq təzyiqlərlə üz-üzədir.

Editor

Related Posts