Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

STEAM təhsil metodu üzrə təkmilləşdirmə təlimləri başlayıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə müəllimlərin STEAM təhsili üzrə təkmilləşdirmə, yeni bacarıqlara yiyələnməsi ilə bağlı yeni təlimlərə start verilib.

Ağbulaq İstirahət Mərkəzində təşkil olunan təlimlərə 54 müəllim cəlb olunub. Təhsil Nazirliyinin təlimçi-mütəxəssisləri tərəfindən keçiriləcək təlimlərdə müəllimlərə proqram əsasında STEAM təhsilinin mahiyyəti, TinkerCad proqramında modelləşdirmə, micro:bit və aurdino texnologiyası, kodlaşdırmanın aparılması, 3D modelləşdirmə, 3D printerin iş prinsipi, scratch kodlama bloku, robot təhsil dəstlərinin idarə olunması və lego EV3 modelindən istifadə bacarıqları öyrədiləcək. Təlim müddətində müəllimlərin yiyələndikləri bacarıqlar və öyrəndikləri yenilikləri müzakirə etmələri üçün diskussiyalar da təşkil olunacaq.

Proqrama həmçinin Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq, səhər, nahar və şam yeməkləri, müxtəlif idman oyunları və sərbəst vaxtlarını keçirmək üçün sənədli filmlərin nümayişi də daxildir.

Qeyd edək ki, müəllimlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunan belə təlimlərdə bu günədək 400-ə yaxın müəllim iştirak edib. Ümumilikdə bu günədək STEAM təhsil metodu ilə bağlı Ağbulaqda təşkil olunan təlimlərdən isə 150 müəllim və 150 şagird yararlanıb.

admin

Related Posts