Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Qaz və suzqızdırıcı cihazları ilə bağlı əhali arasında maarifləndirmə tədbirləri aparılır

Əhali arasında payız-qış mövsümündə qaz və suqızdırıcı cihazlarından düzgün istifadə, dəm qazından zəhərlənmə hallarının qarşısının alınması istiqamətində mütəmadi maarifləndirici tədbirlər aparılır. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları növbəti maarifləndirici görüşü Şərur rayonunun Oğlanqala kəndində təşkil ediblər.

Görüşdə diqqətə çatdırılıb ki, qaz təsərrüfatında təhlükəsizlik tələblərinin pozulması səbəbindən əhali arasında dəm qazından zəhərlənmə və boğulma hallarına rast gəlinir. Müəyyən olunub ki, bu cür hadisələrin əksəriyyəti yaşayış sahələrində standartlara uyğun olmayan müxtəlif növ məişət və qaz cihazlarının, o cümlədən suqızdırıcılarının quraşdırılması və istismarı zamanı vətəndaşlar tərəfindən texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməməsi səbəbindən yaranır.

Mütəxəssislər suqızdırıcı cihazların düzgün quraşdırılması, onların istifadəsi, vaxtında texniki baxışdan keçirilməsi, hansı səbəblərdən sıradan çıxması və dəm qazından yaranan zəhərlənmələr, həmçinin yaşayış evlərində dəm qazının olduğunu bildirən cihazın quraşdırılmasının vacibliyi barədə məlumatları əyani izah ediblər.

Qeyd edək ki, rayonda 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar 143 mərkəzləşdirilmiş və fərdi qazanxanaya baxışlar keçirilib. Mövsümi qazanxana işçiləri əvvəlcədən təlimatlandırılıb, qazanxana maşinistlərinin müvafiq kurslara cəlb olunması ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Aidiyyəti qurumlarla birgə rayonda fəaliyyət göstərən 12 ticarət obyektində standartın tələblərinə cavab verməyən və sənaye üsulu ilə hazırlanmayan elektrik və qaz məişət cihazlarının idxalına, satışına və istismarına yol verilməməsi üçün yoxlamalar aparılıb. 80 yaşayış binasının 1270 mənzilinin havalandırma sistemləri, qaz və elektrik təsərrüfatı yoxlanılıb.

admin

Related Posts