
Rəqqasə Rəna Ağamuradova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Renka küçədə bank axtaran yaşlı qadına kömək edib. Daha sonra isə qadın onun dodağındakı dolğuları və dırnağı tənqid edib:
“Bu gün bir nənə ilə tanış oldum. İki saat bir yerdə bank axtardıq. Köməklik etdim və tapdıq. O qədər söhbət etdik ki… Məni çoxlu danladı. Deyir ki, “Bu nə dodaqdır, dırnaqdır etmisən? Aşağısı eybi yoxdur, amma yuxarısı… Gözəl qızsan, eləmə. Baxan bilir ki, silikonlusan”. Biabır oldum”.