Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ərbəin mərasiminin düşmənləri bu fürsətdən məhrum edilməlidir!”

“Ərbəin mərasiminin düşmənləri bu fürsətdən məhrum edilməlidir!”

İraqdakı Sədr hərəkatının lideri Müqtəda Sədr İraqda bəzi qrupların fitnə salmağa çalışdıqlarını bildirib. Müqtəda Sədr çərşənbə axşamı axşam Twitter səhifəsində Ərbəin mərasiminin əhəmiyyəti barədə paylaşım edib.

O, paylaşımında, Ərbəinin müqəddəsliyinin və əməllərinin diqqətdən kənarda qalmamasının vacibliyini və İraqın təhlükəsizliyindən hər bir kəsin məsuliyyət daşıdığını bildirib. Müqtəda Sədr Ərbəin mərasimində Kərbəla səlahiyyətlilərindən təhlükəsizlik qüvvələri tərəfindən nəzarət-buraxılış məntəqələri quraraq təhlükəsizliyi öz üzərinə götürmələrini istəyib.

Qeyd edək ki, Ərbəin ziyarətçilərinin təhlükəsizliyini təmin etmək üçün İraq ordusu ziyarətçilərin marşrutlarına yerləşdirilib.

Editor

Related Posts