Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Məşhur səyyahlar Cıdır düzündə olublar

Məşhur səyyahlar Cıdır düzündə olublar

Şuşaya səfər edən 20-dən çox ölkənin tanınmış səyahətçiləri Cıdır düzünü ziyarət ediblər. Burada xarici qonaqlara İkinci Qarabağ müharibəsinin gedişi, nəticədə Azərbaycanın 30 illik erməni işğalından öz ərazilərini azad etməsi barədə məlumat verilib.

Xüsusilə turistlər Şuşa şəhərinin azad edilməsi əməliyyatına maraq göstəriblər.

Qeyd edək ki, 20-dən çox ölkədən gəlmiş məşhur səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri təşkil olunub.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People-Ən çox Səyahət Edən İnsanlar) klubunun təsisçisi Çarlz Veleydir.

Səyahətçilər Şuşa və Ağdam şəhərlərini, Füzuli, Xocavənd və Zəngilan rayonlarını, o cümlədən Ağalı kəndini və Cəbrayılı ziyarət edəcəklər.

Sentyabrın 10-dək davam edəcək səfər işğaldan azad edilmiş ərazilərin “qara turizm” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Editor

Related Posts