Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İranlı nazir yenə Azərbaycanı təhdid etdi

İranlı nazir yenə Azərbaycanı təhdid etdi

İranın informasiya naziri İsmayıl Xətib Kirmanşah əyalətinə səfəri zamanı təhlükəsizlik şurasının iclasında Azərbaycanı təhdid edib.

Xətib qonşu ölkələrə “təhlükəsizliyini qorumaq üçün İsraildən uzaq durmağı” tövsiyə edib. Ehtimal edilir ki, o, İsraillə isti münasibətlər quran Azərbaycanı nəzərdə tutur.

“Sionist rejim bütün iddiaları ilə daxildən çökməkdədir. Daxili çəkişmələr və fələstinlilərin müqaviməti bunun bariz nümunəsidir. Bölgə sakinlərinin bəsirətli və ağıllı hərəkətləri sayəsində sionistlərə qarşı daha uğurlu addımlar atılacaq”, – deyə Xətib bildirib.

O, qonşu ölkələrə İsraildən uzaq durmağı tövsiyə edib: “Bu gün regionda Amerikanın mövcudluğunu artırmasının şahidi oluruq. Düşmən ölkəyə və sistemə müxtəlif vasitələrlə – beynəlxalq təzyiqlər, insan haqları, sanksiyaların artırılması, informasiya müharibəsi ilə hücumn edir, İranın güc və təhlükəsizliyinin simvolu olan SEPAH-a qarşı addımlar atır”.

Editor

Related Posts