Today Cümə, 25th İyul 2025
Birinci 24

Birinci 24

“BP” Azərbaycan neftində çirklənmə aşkarlandığını deyir 

“BP” Azərbaycan neftində çirklənmə aşkarlandığını deyir 

“British Petroleum” (“BP”) şirkəti Azərbaycan neftində çirklənmə aşkarlandığını deyir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, şirkətdən “Bloomberg” agentliyinə verilən məlumata görə, Azərbaycandan Avropa ölkələrinə nəql edilən bəzi neft partiyalarında mümkün çirklənmə problemləri barədə məlumat alınıb.

Şirkət qeyd edib ki, neft partiyalarında orqanik xlorid adlanan maddə aşkarlanıb. “Əgər bu maddə böyük miqdarda olarsa, neft emalı zavodlarına və avadanlıqlara zərər verə bilər”, – xəbərdə deyilir.

Bakı-Tbilisi-Ceyhan boru kəmərini idarə edən “BTC Co.” şirkəti hazırda boru kəməri boyunca bütün obyektlərdə xam neftin keyfiyyətini qiymətləndirdiyini bildirib.

İtaliyanın “Eni SpA” şirkəti də sonradan bəyan edib ki, çirklənmiş partiyalardan bəzilərini qəbul edib və onların bir hissəsi artıq emal sisteminə daxil olub.

“BP-Azərbaycan”ın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı APA-ya bildirib ki, “BTC Co.” boru kəməri boyunca xam neftin keyfiyyətini qiymətləndirib və nəticələr spesifikasiyalara uyğun gəlib.

Ceyhan terminalında bəzi çənlərdə üzvi xloridlər aşkarlanıb, həmin çənlər təcrid olunub və araşdırma aparılır.

Hazırda terminalda yalnız keyfiyyətə uyğun çənlərdən neft yüklənir. “BTC” boru kəməri ilə ixrac davam edir və yeni tankerlərdən yükləmə öncəsi nümunələr yoxlanılacaq.

Azərbaycan neftinin böyük bir hissəsi Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına boru kəməri ilə nəql olunur. Bu boru kəmərini tikən və idarə edən “BTC Co.” şirkəti “BP” tərəfindən idarə olunur.

Editor

Related Posts