Bakının müxtəlif ərazilərində su təchizatı ilə bağlı ciddi problemlər yaşanır.
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində içməli suyun yalnız dörd gündən bir verildiyi, Yasamal rayonu, MİDA yaşayış kompleksində isə sakinlərin ümumiyyətlə susuz qaldığı bildirilir.
Xırdalan, Lökbatan, Zığda da su təchizatı ilə bağlı problemlərin olduğu qeyd edilir.
Məlumatlara görə, şəhərin digər rayonlarında da su təzyiqinin aşağı düşməsi və fasilələrlə verilməsi müşahidə olunur.
Jurnalist Aytən Məmmədova da özünün “Facebook” səhifəsində isti havalarda Bakıdakı su qıtlığından yazıb:
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Bakı və Bakıətrafı ərazilərdə suyun verilməsində yaranan fasilələr müxtəlif səbəblərlə bağlıdır:
“Yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbatın artması təbii haldır. Bu səbəbdən, mövcud su qurğuları və daşıyıcı kəmərlərin ifrat yüklənməsinin qarşısını almaq və qəza risklərini minimuma endirmək üçün müəyyən tənzimləmə işləri aparılır”.