“Amerikalıların yolu icarəyə götürmək fikri var idi, lakin bu, bizim üçün qəbuledilməz idi”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Faktor TV-nin efirində Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatı Arman Eqoyan deyib.
O qeyd edib: “Biz suverenlikdən imtina təhlükəsini gördük, təhlükəni funksiyanın həyata keçirilməsində deyil, icarənin özündə gördük. Bu variant bizim üçün qəbuledilməz idi. Amerikalılarla fikir mübadiləsi oldu, mövzu bu istiqamətdə inkişaf etmir, “yox” demişiksə, deməli, yox”.
Xatırladaq ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazinin ABŞ-yə icarəyə verilməsi təklifini Birləşmiş Ştatların Türkiyədəki səfiri Tom Barrak açıqlayıb. Onun sözlərinə görə, Ağ Ev Ermənistana həmin zolağı 100 illik müddətə icarəyə verilməsini təklif edib.