Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Hüseynin klarneti qalıb bir tərəfdə, vannasından danışırlar”-Rövşanə Ağasəfqızı

Aparıcı Rövşanə Ağasəfqızının klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə söhbəti diqqət çəkib.

Birinci 24 bildirir ki, ikili qonaq olduğu “Səhərin səsi” verilişində tamaşaçıların incəsənət nümayəndələrinin sənəti ilə deyil, şəxsi həyatları maraqlandığını bildiriblər.

Hüseyn sözügedən məsələdən narazılığını bildirsə də Rövşanə qarşı tərəflə razılaşmayıb.

Ağasəfqızı “Tamaşaçıya məşhurların şəxsi həyatı daha maraqlıdır, nəinki sənətləri. Hüseynin klarnet ifaçılığı qalır kənarda. Deyirik ki, şəhər mədəniyyəti formalaşsın… Əvvəllər belə bir şey yox idi, evi, avtomobili…. Əvvəllər məşhurlar bunları deyil, sənət nümayiş edirdilər. Ona görə urbanizasiya qaydaları pozulur. Şəhər mədəniyyəti silkələnib. Hüseynin klarneti qalıb bir tərəfdə, vannasından danışırlar” söyləyərək mövzuya nöqtə qoyub.

admin

Related Posts