Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Müəllimlər İnstitutunda Gənclər Günü qeyd edilib

Naxçıvan Müəllimlər İnstitutunda 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə institutun rektoru Azad Novruzov çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlət-gənclər siyasəti bu gün uğurla davam etdirilir. Gənclər daim diqqətdə saxlanılır, onların formalaşması və inkişafı üçün dövlət proqramları icra edilir.

İnstitutun tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev ali təhsil ocağında Tələbə Gənclər Təşkilatları ilə aparılan işin mahiyyətindən və gələcək perspektivlərindən danışıb.

Magistr Ülkər Məmmədova Tələbə Gənclər Təşkilatlarının 2022-ci ildəki fəaliyyətinə dair hesabat təqdim edib, qazanılan uğurlar və 2023-cü ildə görüləcək işləri diqqətə çatdırıb.

Tədbirdə tədris və ictimai işlərdəki fəallıqlarına görə fərqlənən bir qrup tələbəyə mükafatlar təqdim olunub.

Sonda tələbələrin hesabat sərgisi və bədii hissəyə baxış olub.

admin

Related Posts