
Bir neçə gündür, muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.
Bu gün gecəyarısından başlayaraq Naxçıvan şəhərinə yağan qar 2 santimetr olub. Dağlıq bölgələrdə isə yağıntı intensiv xarakter alıb, qar örpəyinin hündürlüyü 10 sm-ə çatıb.
Sinoptiklərin məlumatına görə, fevralın 3-dən 4-dək muxtar respublika ərazisində havanın arabir yağışlı, arabir duman olacağı gözlənilir. saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək.