Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Könül Kərimova:“Sibel Canla səhnə bölüşmək istəyirəm, bu arzum həyata keçərsə…”

Əməkdar artist Könül Kərimova məclislərdən birində məşhur türkiyəli müğənni Alişanla bir araya gəlib.

“Moskvada mənə əziz olan bir xanımın həyat yoldaşının 60 illik yubileyində iştirak edirdim. Hər bir müğənninin öz çıxış saatı var idi. Mənim də növbəm yetişdi. Alişan orada olduğuna görə, bir az da qonağa hörmət naminə onun mahnısını ifa etdim. Bu mahnını hardasa 10 il əvvəl ifa etmişdim. Alişanın bu mahnısını çox sevirəm. Mənim ifam Alişanın da xoşuna gəldi. Hətta o da mənə qoşulub, birlikdə duet ifa etdik. Gözəl, xoş bir təsadüf idi. Duetimiz oradakı tamaşaçılar tərəfindən də gözəl qarşılandı. Onun sənətini, ifalarını çox bəyənirəm” deyə əməkdar artist Könül Kərimova bildirib.

Müğənni bildirib ki, ən böyük arzularından biri də Sibel Canla bir səhnəni bölüşməkdir.

“Hər zaman arzulamışam ki, Sibel Canla eyni səhnəni bölüşüm. Bu da qismət olarsa çox sevinərəm. Heç vaxt onunla görüşməmişik. Bu arzum həyata keçərsə çox sevinərəm” deyə müğənni bildirib.

admin

Related Posts