
Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində ictimai asayişi pozan şəxs həbs olunub.
Beynəlxalq Hava Limanı ərazisində ictimai asayişi pozan və polisin qanuni tələbinə tabe olmayan Babək şəhər Qoşadizə məhəlləsində yaşayan, 1969-cu il təvəllüdlü Kərim Kərimov saxlanılıb.
Babək Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 535 -ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 20 gün müddətinə inzibati həbs tənbeh tədbiri görülüb.