Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rahidə: “İki il depressiya yaşadım”

“İki il depressiya yaşadım. Səbəbini isə yaxınlarım bilir. Uzun zaman o depressiyadan çıxa bilmədim. İki il insan depressiya yaşaya bilərmi? Həyatımda heç zaman belə bir şey olmayıb”.

Bu sözləri müğənni Rahidə Baxışova qonaq olduğu “Xəbər-ətər” verilişində deyib.

Sənətçi bildirib ki, oxuduğu kitab onu dərin depressiyadan çıxarıb:

“Bir dəfə nevropatoloq yanına getdim. Onunla danışanda özümdən asılı olmadan başladım ağlamağa. Mənə dedi ki, sən “Sirr” adlı kitabı oxumusan? Cavab verdim ki, “Yox”. Yanıma gələn pasientlərə bu kitabı məsləhət görürəm. Onun yanından çıxıb, həmin kitabı aldım, iki gün ərzində oxuyub bitirdim. Kitabı oxuyandan sonra həyata başqa cür baxmağa başladım. İndi depressiyaya düşmürəm. Amma əvvəllər bu hal məndə uzun çəkirdi. Ondan sonra psixologiya elminə daha da maraq göstərməyə başladım”.

admin

Related Posts