Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Brilliant: “Oğlum ailə qurduqdan sonra ayrı yaşamaq istəyir”

“Cahadın 32 yaşı var. Oğlumuzun başına pərvanə kimi fırlanmışıq, yəqin ki, belə bir qız lazımdır”.

Bu sözləri Xalq artisti Brilliant Dadaşova “MTV maqazin” verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, oğlu ailə qurduqda sonra ayrı yaşamaq istəyir: “İndi qızlar da, oğlanlar da kaprizlidir. Oğlum evləndikdən sonra birlikdə yaşamaq istəyərdim, amma gənclər ayrı yaşasa, yaxşıdır… Oğlum gec evlənsin, yetər ki, ayrılıq olmasın, Allah göstərməsin. Düzgün, sədaqətli olmaq lazımdır”.

Qeyd edək ki, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəli olan B.Dadaşovanın bu evlilikdən Cahad adlı bir oğlan övladı var.

admin

Related Posts