Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili media nümayəndələri ilə görüşüb

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili muxtar respublikada fəaliyyət göstərən media nümayəndələri ilə görüşüb.

Görüşdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqlari üzrə Müvəkkilinin, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının, Naxçıvan teleradiosunun, “Şərq qapısı” qəzeti redaksiyasının, “Nuhçıxan” İnformasiya Agentliyinin və muxtar respublikada fəaliyyət göstərən digər televiziya və informasiya agentliklərinin nümayəndələri iştirak edib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva çıxış edərək Ombudsman tərəfindən informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə əlaqədar daxil olan müraciətlərə baxılması və cavablandırılması məsələlərindən bəhs edib.

Təbdirdə iştirak edən media nümayəndələri ilə ölkəmizdə informasiya əldə etmək hüququnun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, informasiya sahiblərinin bu istiqamətdəki vəzifələri, informasiya sorğularının icrası barədə fikir mübadilasi aparılıb.

Diskussiya formatında keçirilən görüşdə iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.

admin

Related Posts