Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Usta aktyorun qızı da dağıntılar altında qaldı

Türkiyənin usta aktyorlarından olan Orhan Aydın da fəlakətdən əziyyət çəkənlərdən olub.

Birinci 24 yazır ki, bu barədə o, instaqramda paylaşım edib. Sənətçi keçmiş həyat yoldaşı və qızının dağıntılar altında qaldığını bildirib.

Daha sonra o, keçmiş xanımının xilas edildiyini vurğulayaraq, övladı üçün kömək istəyib.

“Qızımın anası xalqın köməkliyi ilə çıxarılıb. İndi sıra övladımdadır… O mənim tək varlığımdır. Canım yanır, ölkəm üçün ağlayıram. Bizi yalnız həmrəylik xilas edə bilər”, – deyə, aktyor qeyd edib.

admin

Related Posts