Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Münəvvər Əliyeva:“Məqsədimiz xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdir…”

“Mənim nə Kinematoqrafçılar İttifaqından xəbərim var, nə də ki, orada baş verən hadisələrdən. Mən aktrisayam, teatrda çalışıram. Yeri gəlmişkən, mən Şəfiqə xanımın ittifaqından ərizə yazıb çıxmamışam. Nəinki Şəfiqə xanımın, digər ittifaqdan da ərizəmlə çıxmamışam. Mənə sadəcə dedilər ki, iki ittifaqda da qalmaq olar. İndi bilmirəm ittifaqlarda qalmışam, ya yox? Bəlkə çıxarıblar?! İnanın ki, bunlardan da qətiyyən xəbərim yoxdur. O vaxtdan da Şəfiqə xanımla üz-üzə gəlməmişəm”.

Birinci 24 xəbər verir ki, bunu əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Münəvvər Əliyeva deyib.

“Əvvəllər bizi sayırdılar, kino təqdimatlarına, kino gecələrinə dəvətnamə yollayırdılar, gedib iştirak edirdik. Artıq bu ənənə tarixə qovuşub. Bu illər ərzində heç bir kinoittifaqından bunları görmədim. Əslində onlar sayıb bizi dəvət etməlidir, çünki onların üzünü biz ağ edirik. Teatr aktrisaları üçün elə teatr ağlayır, kinoittifaq yox”, – deyə aktrisa bildirib.

Tanınmış aktrisa teatrdakı işlərindən də danışıb.

“Demək olar ki, bu tamaşa “Qatil”in başqa bir versiyasıdır. Əsərin əsas ideyası xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdir”, – deyə o bildirib.

admin

Related Posts