Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Araz” marketlər şəbəkəsində qiymət fırıldağı: Piştaxtada bir qiymət, kassada başqa… – Fotolar

“Araz” marketlər şəbəkəsində qiymət fırıldağı: Piştaxtada bir qiymət, kassada başqa… – Fotolar

“Araz” marketlər şəbəkəsi müştəriləri bilərəkdən aldadır.

Satılan məhsulun piştaxtadakı qiyməti ilə kassada vurulan qiyməti fərqlənir və nəticədə market vətəndaşları aldadaraq onlara maddi ziyan vurur.

Redaksiyamıza daxil olan şikayətdə bildirilib ki, piştaxtada məhsulun üzərinə vurulan endirimli qiymətə – 1 kilosunu 4,59 manata aldığı toyuq kassada əvvəlki qiymətlə, 4,99 manatla hesablanıb.

“Səbəbini soruşanda isə satıcı bunu kampaniya müddəti bitdiyi halda piştaxtada dəyişikliyin edilməməsi ilə əlaqələndirib. Məsələ burasındadır ki, belə hallarla hər gün qarşılaşırıq. Hər dəfə də eyni cavabı eşidirik. Nəticə isə dəyişməz olaraq qalır”, – deyə şikayətçi qeyd edib.

Fotoları təqdim edirik:

Editor

Related Posts