Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakının bəzi rayonlarının seysmik xəritəsi müəyyənləşib

Bakının seysmik riskli ərazilərinin müəyyən edilməsi üçün seysmoloji xəritəsinin hazırlanması prosesi davam edir.

Birinci 24 xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumatda deyilir ki, xəritə üzərində iş gedir: “Bu uzun çəkən prosesdir. Hazırda xəritənin hazırlanması prosesi davam edir. İşin həcmi böyük olduğundan xəritənin nə vaxt tam hazır olacağı məlum deyil”, – qurumdan bildirilib.

Qeyd edilib ki, artıq Bakının rayonlarının bir hissəsinin xəritəsi işlənib hazırlanıb:

“Digər ərazilərin işlənməsi prosesi də aparılır”.

Xatırladaq ki, Bakının seysmoloji xəritəsinin hazırlanmasına 2012-ci ildə start verilib.

admin

Related Posts