Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Rəqslərimə görə mənə dəli deyirlər”-Britni Spirs

Xəbər verdiyimiz kimi, məşhur müğənni Britni Spirs bir neçə gün əvvəl intsaqram hesabını silmişdi.

Birinci 24 xəbər verir ki, onun üçün narahat olan pərəstişkarları hər şeyin yaxşı olduğunu dəqiqləşdirmək üçün polisdən onun evinə getməyi istəmişdilər. Fanatlarının bu addımı sənətçini qəzəbləndirib və Britni tvitter səhifəsində sevənlərini təhqir edib:

“İnstaqramı bağladım, çünki çox insan axmaq kimi göründüyümü, rəqslərimdə dəliyə bənzədiyimi yazırdı. Düzünü desəm, əlimdən gələni etdim, amma televiziyada insanların bu barədə sərbəst danışması məni narahat edirdi. Bəli, bu, mənim hisslərimi incitdi. İnstaqramımı siləndə pərəstişkarlarımım narahat olması və evimə polis göndərməsi məni şoka saldı… Bu, həqiqətən də yersiz idi… Mən pərəstişkarlarımı sevirəm, amma bunu edənlər əsl fanat deyillər. Düzünü desəm, mənə elə gəlir ki, bu, məni pis göstərməyin bir yolu idi. İndi isə xahiş edirəm, rədd olun! Mən Britniyəm və özümü qorumaq üçün oyanmışam”.

admin

Related Posts