Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.
Belə ki, avtoqəza nəticəsində dörd nəfər Xırmandalı kənd sakini – 1963-cü il təvəllüdlü Ə.Abdullayev, 1974-cü il təvəllüdlü N.Quliyeva, 1999-cu il təvəllüdlü S.Abdullayev və 1999-cu il təvəllüdlü D.Əlizadə xəsarət alıb.
Onlar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.