Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nisə Qasımova insult keçirib?

Xalq artisti Nisə Qasımovanın insult keçirdiyi iddia olunub.

Birinci 24 yazır ki, hadisə iki həftə əvvəl baş verib. İnsult nəticəsində sənətçinin dilinin tutulduğu deyilir.

Məlumata görə, hazırda ciddi müalicə altında olan Xalq artistinin səhhətində müəyyən irəliləyiş var.

Məsələ ilə bağlı açıqlama verən ifaçının köməkçisi Nailə Məmmədli onun səhhətinin normal olduğunu deyib:

“Nisə xanımın instaqramdakı səhifəsində də axşam səhhəti ilə bağlı açıqlama veriləcək”.

Qeyd edək ki, Nisə Qasımova bir neçə il əvvəl bədxassəli şiş səbəbindən əməliyyat olunmuşdu. Eyni zamanda əməliyyatdan sonra yıxılan ifaçının ayaqları zədələnmişdi.

admin

Related Posts