Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nisə Qasımovanın səhhəti ilə bağlı açıqlama

Xalq artisti Nisə Qasımovanın insult keçirməsi ilə bağlı yayılan xəbərlər yalandır.

Bu barədə Birinci 24-a sənətçinin köməkçisi Nailə Məmmədli məlumat verib. O bildirib ki, deyildiyi kimi N. Qasımovanın səhhətində ciddi problem yaranmayıb:

“Yazılanlar yalandır. Nisə xanım yaxşıdır. Necə olmalıdır? Səhhəti ilə bağlı tamam başqa bir məsələ oldu. Xırda problem idi. İnsult deyil. Yazıblar ki, ağzı əyilib, danışa bilmir. Belə deyil”.

Qeyd edək ki, Xalq artistinin insult keçirdiyi ilə bağlı xəbəri Bakupost.az saytı yaymışdı.

admin

Related Posts