
Birinci 24 xəbər verir ki, Naxçıvan məktəbliləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Təhsil İnstitutu tərəfindən keçirilən “Sabahın alimləri” 12-ci respublika müsabiqəsinə hazırlaşırlar. Müsabiqəyə şagirdlər 6 elmi layihə ilə qatılacaqlar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları “Sabahın alimləri” 12-ci respublika müsabiqəsinə 9-11-ci sinif şagirdləri 8 müxtəlif istiqamətlər üzrə 7 layihə təqdim ediblər. Onlardan 6-sı final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, müsabiqə Bakı şəhərində fevralın 13-15-i tarixlərində keçiriləcək.