Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rüşvət alan müstəntiqə cinayət işi başlandı

Rüşvət alan müstəntiqə cinayət işi başlandı

Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin sabiq müstəntiqi Nicat Acalov saxlanılıb.

О, külli miqdarda rüşvət almaqda təqsirli bilinir. İttihama görə, kapitan N.Acalov narkotik alverinə görə həbs olunmuş Faiq Məmmədovun ailəsindən onu azadlığa buraxdırmaq vədi ilə 25 min manat pul alıb.

Ötən il Faiq Məmmədovun anası Məhsəti Məmmədova adıçəkilən müstəntiqin onlardan rüşvət aldığını bildirmişdi. Belə ki, Faiq Məmmədov tutulandan sonra istintaq Nicat Acalova tapşırılıb. Müstəntiq istintaq dövründə F.Məmmədovun ailə üzvləri ilə görüşərək vəd verib ki, bir neçə gün sonra onu həbsdən buraxdıracaq. Ailənin iddiasına görə, Acalov pulun bir hissəsini hətta DSX binasının həyətində alıb.

Qeyd edək ki, həmin şikayət dərc olunan zaman Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti F.Məmmədovun ailəsinin müraciəti üzrə xüsusatların təsdiqini tapmadığını, iddiaların həqiqəti əks etdirmədiyini bildirmişdi.

***

Məlumata görə, N.Acalov saxlanıldıqdan sonra barəsində qətimkan tədbiri seçilib və o, ev dustaqlığına buraxılıb.

***

Dövlət Sərhəd Xidmətindən bildirilib ki, N.Acalov 2022-ci ildə işdən azad edilib və artıq DSX-nin hərbi qulluqçusu sayılmır.  

Fotoda: Faiq Məmmədov

Editor

Related Posts