Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda ana doğuşdan sonra öldü, həkimə cinayət işi açıldı

Azərbaycanda ana doğuşdan sonra öldü, həkimə cinayət işi açıldı

Tərtər rayon sakini Sahilə Əsədovanın ötən il iyulun 8-də Bərdə Diaqnostika Mərkəzində ölməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bərdə rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, istintaqın gedişində Sahilə Əsədovanın ölümünün cərrahiyyə əməliyyatı zamanı həkim səhvindən baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Həkim ümumi-cərrah vəzifəsində işləyən Teymur Əlləzova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bərdə rayon məhkəməsinə göndərilib.

Editor

Related Posts