Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvandakı yanğın söndürüldü – Yenilənib

Naxçıvandakı yanğın söndürüldü – Yenilənib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə FHN məlumat yayıb. Əlavə məlumat veriləcək.


***17:03
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, əlavə məlumat veriləcək.

***16:23
Naxçıvanda yaşayış binasında yanğın meydana gəlib.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Yanğının 3-cü mikrorayon adlanan ərazidə, Naxçıvan Universitetinin qarşısındakı yaşayış binasında baş verdiyi bildirilir.

Editor

Related Posts