Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Şahbuzda vətəndaşları qəbul edib

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Şahbuzda vətəndaşları qəbul edib

Fevralın 24-ü Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev Şahbuz rayon prokurorluğunun inzibati binasında rayon sakinlərini qəbul edib.

Bu barədə Birinci 24 İnformasiya Agentliyinə Naxçıvan MR Prokurorluğundan məlumat verilib.

Əvvəlcə Sənan Paşayev xalqımızın ümummilli lideri Heydər Əliyevin Şahbuz şəhərinin mərkəzində ucaldılmış abidəsini və Şəhidlər xiyabanını ziyarət edib, gül dəstələri düzərək əziz xatirələrini ehtiramla yad edib.

Qəbulda 35 vətəndaş iştirak edib. Vətəndaşların müraciətindəki məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı, eləcə də mülki xarakterli mübahisələrlə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Naxçıvan Muxtar Respublikası prokurorunun müavini əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

admin

Related Posts