Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron informasiya resursu yeni “neco.gov.az” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə məlumat verilib.
Bildirilib ki, nazirliyin mühəndis-proqramçıları tərəfindən saytın optimizasiyasının (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, “Google” axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün zəruri texniki tədbirlər həyata keçirilib.
Qeyd edək ki, saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə təmin ediləcəkdir.