Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Ombudsman Günay Rzayeva Psixi Xəstəliklər Dispanserində olub

Ombudsman Günay Rzayeva Psixi Xəstəliklər Dispanserində olub

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Başçəkmə zamanı Ombudsman tərəfindən Psixi Xəstəliklər Dispanserində müalicə alan şəxslərin saxlanma şəraiti ilə bağlı müəssisənin palata və şöbələrinə, istirahət otağına, yeməkxanasına, mətbəxinə, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi və tibbi-sosial xidmətin təmin olunması vəziyyəti öyrənilib.

Xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi və rəftar məsələlərinin araşdırılması məqsədilə Ombudsman tərəfindən müəssisədə müalicə alan şəxslər fərdi və konfidensial qaydada qəbul olunub.

Başçəkmə zamanı müalicə alan şəxslərin hüquq və mənafelərinin müdafiəsi, həyat keyfiyyətinin yüksəldilməsi sahəsində müəssisənin işinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib.

admin

Related Posts