Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Dilarə Əliyeva:“Xəstələnəndən sonra hamı ilə əlaqəni kəsmişdi”

Dilarə Əliyeva:“Xəstələnəndən sonra hamı ilə əlaqəni kəsmişdi”

“Son vaxtlar, xəstələndikdən sonra demək olar hamı ilə əlaqəni kəsmişdi. Neçə dəfə zəng etdim, zəng çatmırdı”.

Bu sözləri Birinci 24-a mərhum Xalq artisti Ramiz Novruzla bağlı Əməkdar artist Dilarə Əliyeva deyib. O bildirib ki, son vaxtlar aktyorla danışa bilməyib:

“Sonra mesaj gəldi ki, şəbəkəyə qayıdıb. Buna baxmayaraq geri dönüş etmirdi. Təəssüf edirəm ki, böyük sənətkarımızı itirdik. Həmişə yadımda zarafatcıl, gülən üzü ilə qalacaq. Deyib-gülməyi sevirdi. Ona görə xəstələnməyini də insanlarda gizlədirdi. Qəbri nurla dolsun, heyif ki, belə sənətkarlar nadir hallarda gəlir”.

admin

Related Posts