Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Culfa şəhərində avtomobil təmir sexində yanğın söndürülüb

Culfa şəhərində avtomobil təmir sexində yanğın söndürülüb

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus avtomobil təmiri sexində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 20 m² olan sexin içərisində təmirə dayanmış “Mercedes” markalı minik avtomobil tamamilə yanıb.

Yanğına səbəb təmir sexindəki avtomobilin motorxanasında elektrik naqillərində yaranan qısaqapanma olub.

admin

Related Posts